SON DƏQİQƏ:Bakıda idman zalında 16 yaşlı yeniyetməni öldürdülər
Bakıda idman arenasında gənclər arasında dava olub, ölən var.
Sportfm.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir: "Şağanda idman arenasında gənclər arasında dava olub, ölən var. Belə ki, noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib".
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Mehman Xəlilov özünü təqsirli bilmir
Zalda dünyasını dəyişən 7 yaşlı uşaqla bağlı açıqlama - RƏSMİ
Cüdo yarışında 16 yaşlı yeniyetməni buna görə öldürüb! - DETALLAR
İdman zalında qətl törədən tanınmış məşqçinin oğludur - YENİLƏNİB
Güləş Federasiyasından oğurluq edənlər tutuldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası