Zalda dünyasını dəyişən 7 yaşlı uşaqla bağlı açıqlama -RƏSMİ
Dünən 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sportfm.az xəbər verir ki, Sumqayıt şəhər prokurorluğu tərəfindən yayılan məlumata görə, ilkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
Mehman Xəlilov özünü təqsirli bilmir
İdman naziri 7 yaşlı uşağın ölümündən danışdı
7 yaşlı uşağın ölümü Milli Məclisdə müzakirə olundu
7 yaşlı uşaq cüdo zalında necə ölüb? - Aydınlaşdı
Dünya çempionunun qətli ilə bağlı AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası