reklam
Mbappe yeni rekorda imza atdı
Sportfm.az xəbər saytı

Mbappe yeni rekorda imza atdı


Fransa millisinin üzvü Kilian Mbappe yığmada yeni rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, o, buna ötən gecə DÇ-2022-nin ilk turunda Avstraliya ilə görüşdə fərqlənməklə nail olub. Nəticədə Mbappe dünya çempionatlarında vurduğu qolların sayını 5-ə çatdırıb. 23 yaşlı forvard Fransa millisində belə nəticəyə çatan ən gənc futbolçu adını qazanıb.

Daha əvvəl bu rekord Jyost Fontenə məxsus idi. O, 24 yaında olarkən 1958-ci ildə 5 qol səddinə çatmışdı.

Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisinin üzvüdür. O, digər 4 qolunu 2018-ci ildə Rusiyada keçirilən mundialda vurub. Həmin vaxt Fransa yığması dünya çempionu olub.

Oxşar xəbərlər

Messi yeni rekorda imza atdı
Mbappedən daha bir uğur
Jiru rekorda doğru...
20 yaşlı futbolçudan daha bir rekord
DÇ-2018: Pelenin rekordu təkrarlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər