reklam
Yığmamız evdə darmadağın oldu
Sportfm.az xəbər saytı

Yığmamız evdə darmadağın oldu


Yığmamız bu gün "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, təmsilçimiz tarixində 5-ci dəfə Almaniya ilə üz-üzə gəlib.
 
Əvvəlki 4 oyunun hamısında seçməmizin "sükanı arxası”nda alman Berti Foqts 2006-cı ildən "bundestim”i çalışdıran Yoahim Lövlə münasibətlərinə aydınlıq gətirmiş və bütün qarşılaşmalar rəqibin qələbəsiylə yekunlaşmışdı.
 
Yer aldığımız C qrupunun lideri və favoritinin keçirdiyi 4 oyunda maksimum nəticəyə imza atması, 16 top vurmaqla yanaşı, qapısını toxunulmaz saxlaması onlardan xal almaq ehtimalımızı sıfıra endirirdi. Nəticə hər kəsin gözlədiyi kimi oldu. Millimizin rəqibindən nəyinki xal ala bilmədi, böyük hesablı yenilgiyə üzüldü - 4:1.
 
Qeyd edək ki, bundan əvvəl keçirdiyi 4 oyunda 16 qol vuran almanların qapılarını toxunulmaz saxlamışdılar. Onların seriyasını millimizin Almaniyanın "Aue" klubunda çıxış edən üzvü Dmitri Nazarov qırıb.
 
"DÇ-2018"
Seçmə mərhələ
C qrupu
 
26 mart
Azərbaycan - Almaniya 1:4
Qollar: Dmitri Nazarov, 31 (ötürmə - Əfran İsmayılov) - Andre Şkürrle, 19 (ötürmə - Conas Hektor); 81. Tomas Müller, 36 (ötürmə - Andre Şkürrle). Mario Qomez, 45 (ötürmə - Coşua Kimmix).
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev (8. Eddi İsrafilov, 87), 20. Ramil Şeydayev (11. Dəniz Yılmaz, 67), 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 81).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Aqil Məmmədov, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 9. Elvin Məmmədov, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.
Almaniya: 12. Bernd Leno, 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler (19. Leroy Sane, 84), 8. Toni Kroos (21. Sebastian Rudi, 89), 9. Andre Şkürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomez (10. Məsut Özil, 61).
Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 2. Şkodran Mustafi, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 20. Yulian Brandt.
Baş məşqçi: Yoahim Löv.
Sarı vərəqələr: Sami Xedira, 12. Benedikt Hövedes, 84.
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (İtaliya).
Komissar: Adrian İksari (Moldova).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
1. Almaniya            5    5    0    0    20-1     15
2. Çexiya               5    2    2    1    6-4      8
3. Şimali İrlandiya    4    2    1    1    8-2      7
4. Azərbaycan         5    2    1    2    3-8      7
5. Norveç              4    1    0    3    5-7      3
6. San Marino         5    0    0    5    1-23     0

Oxşar xəbərlər

Yığmamız son dəqiqələrdə məğlub oldu - YENİLƏNİR
Almaniyaya qarşı kim oynamalıdı? İdman mediamızın ideal "11-liy"i - SORĞU
Azərbaycanla Almaniyanın fərqi - 551 milyon avro
Almaniya Bakıya hansı heyətlə gəlir?
Millimizin rəqibinin heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər