reklam
Ten Haq klub rəhbərliyi ilə görüşdü -
Sportfm.az xəbər saytı

Ten Haq klub rəhbərliyi ilə görüşdü -Ronaldoya görə


"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq klub rəhbərliyi ilə görüşüb.

Sportfm.az xəbər verir ki, görüş zamanı komandanın hücumçusu Kriştiano  Ronaldonun qalmaqallı müsahibəsi müzakirə olunub. Mütəxəssis bildirib ki, portuqaliyalı futbolçu söylədiyi fikirlərə görə daha komandada oynaya bilməz.

Hazırda “Mançester Yunayted” bu vəziyyətdə ən yaxşı həll yolunu seçmək üçün hüquqi məsləhətləşmələr aparır. Ten Haq əmindir ki, Ronaldo yaxşı formadadır və mövsümün ikinci hissəsində komandaya kömək edə bilər. Amma baş məşqçi bunun üçün komandadaxili birliyi qurban vermək istəmir. Baş məşqçi uyğun əvəzləyici tapa bilməsə belə, onunla yanvarda yolların ayrılmasını istəyir.

Xatırladaq ki, Ronaldo "Mançester Yunayted"in onu qovmağa çalışdığını, baş məşqçi Erik Ten Haqdan hörmət görmədiyini bildirmişdi.

 

Oxşar xəbərlər

"Ronaldo ilə danışmağa hazıram" - "Mançester yunayted"in baş məşqçisi
“Mançester Yunayted” Ronaldoya cavab verməyə tələsmir
“Mançester Yunayted” 10 ən yaxşı futbolçusu - SİYAHI
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ronaldo klub rəhbərliyi qarşısında şərt qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər