reklam
“Mançester Yunayted” Ronaldoya cavab verməyə tələsmir
Sportfm.az xəbər saytı

“Mançester Yunayted” Ronaldoya cavab verməyə tələsmir


İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Kristiano Ronaldonun “The Sun” nəşrinə verdiyi qalmaqallı müsahibə ilə bağlı bəyanat yayıb.

Sportfm.az xəbər verir ki, portuqaliyalı futbolçunun ittihamlarına bütün faktlar nəzərdən keçirildikdən sonra cavab veriləcəyi bildirilib:

“Hazırda əsas məqsədimiz mövsümün ikinci yarısına hazırlaşmaq, oyunçular, agentlər, heyət və azarkeşlər arasında qurulan inamı və birliyi qoruyub saxlamaqdır”.

Xatırladaq ki, 37 yaşlı forvard müsahibəsində “Mançester Yunayted”in ona xəyanət etdiyini, klubda bəzi şəxslər tərəfindən sevilmədiyini və baş məşqçi Erik ten Haqa hörmət etmədiyini söyləyib.

Oxşar xəbərlər

Ronaldo üçün məhkəməyə müraciət edəcəklər
Ten Haq klub rəhbərliyi ilə görüşdü - Ronaldoya görə
"Mançester Yunayted" yeni baş məşqçisi - Erik ten Haqa
Ronaldonun oğlu “Mançester Yunayted”də - Müqavilə imzaladı
“Mançester Yunayted”in oyunçusu Çempionşip klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər