"Ronaldo ilə danışmağa hazıram" -"Mançester yunayted"in baş məşqçisi
"Mançester yunayted"in baş məşqçisi Erik ten Haq komandadan ayrılan Kriştiano Ronaldo haqda danışıb.
Sportfm.az xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunun mövsümün əvvəlində komandada qalmaq fikrində olduğunu deyib:
"Kriştiano Ronaldo ilə yayda görüş keçirdik. Mənə 7 gün ərzində komandada qalıb-qalmayacağını deyəcəyini bildirdi. Daha sonra komanda qalmaq istədiyini dedi. Pyers Morqana verdiyi müsahibəyə qədər başqa heç nə eşitməmişdim.
Ronaldo keçmişdə qaldı və biz gələcəyə baxırıq. "Mançester Yunayted" üçün yeni bir gələcək inşa etmək istəyirik. Kriştiano bunun bir parçası olmaq istəmədi. Ronaldo hazır vəziyyətdə olduqda çox yaxşı oyunçudur. Hədəflərimizə çatmaq üçün bizə kömək edə bilərdi. Amma yaxşı vəziyyətdə deyildi.
Ronaldo ilə danışmağa hazıram. Niyə də olmasın? Lakin buna o qədər də önəm vermirəm, enerji xərcləmək istəmirəm. Ronaldo keçmişdə qaldı və biz irəli gedirik. Bu mövsümdə uğurlu olmaq istəyirik. Yalnız buna köklənmişik".
Oxşar xəbərlər
Ronaldo yeni uğura imza atdı
“Ronaldo məndən və autizmli oğlum Cekobdan heç vaxt üzr istəmədi" - Şikayət
Ronaldo PSJ-də oynayacaq - İDDİA
Ronaldo hədəflərindən danışdı
Ronaldo klub rəhbərliyi qarşısında şərt qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası