Xorvatlar Qətərə bu heyətlə yollanacaq -SİYAHI
Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlayıb.
Sportfm.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis 26 nəfərdən ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçuya yer verib.
Xorvatiya millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Belçika, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.
Qapıçılar: Dominik Livakoviç ("Dinamo", Zaqreb), İvitsa İvuşiç ("Osiek"), İvo Qrbiç ("Atletiko", Madrid, İspaniya);
Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Deyan Lovren ("Zenit", Rusiya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Yosip Yuranoviç ("Seltik", Şotlandiya), Yoşko Qvardiol ("Leypsiq", Almaniya), Borna Sosa ("Ştutqart", Almaniya), Yosip Stanişiç ("Bayern", Almaniya), Martin Erliç ("Sassuolo", İtaliya), Yosip Şutalo ("Dinamo", Zaqreb);
Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç ("Torino", İtaliya), Lovro Mayer ("Renn", Fransa), Kristian Yakiç ("Ayntraxt", Almaniya), Luka Suçiç ("Zalsburq", Avstriya);
Hücumçular: İvan Perişiç ("Tottenhem", İngiltərə), Andre Kramariç ("Hoffenhaym", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi "Dinamo", Zaqreb), Ante Budimir ("Osasuna", İspaniya), Marko Livaya ("Hayduk").
Oxşar xəbərlər
Xorvatlar heyətlərini açıqladı
Millinin heyəti açıqlandı - AVRO-2020
Xorvatiya millisinin Bakıya gətirəcəyi heyət məlum oldu - SİYAHI
Xorvatiya millisinin yığmamızla oyun üçün heyəti açıqlandı - SİYAHI
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası