reklam
Rauf Əliyev het-trik etdi -
Sportfm.az xəbər saytı

Rauf Əliyev het-trik etdi -Birinci Divizion


Futbol üzrə Azərbaycan 1-ci divizionunda 11-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Araz Naxçıvan” bu dəfə səfərdə “Mingəçevir”ə minimal hesabla uduzub. “Səbail”lə “Turan Tovuz”un əvəzedicilərinin oyununda da meydan sahibləri minimal hesabla üstün olublar. Üç qolun qeydə alındığı “Qaradağ Lökbatan”la “Qəbələ”nin ikinci komandası arasındakı oyun da meydan sahiblərinin xeyrinə bitib.

Turun qalan oyunları bu gün keçirilib. “Neftçi”nin əvəzediciləri “Zirə”nin ikinci komandasını böyük hesabla məğlub edib.

“Qarabağ”ın əvəzediciləri isə “Kəpəz-2″yə böyük hesabla uduzub. Rauf Əliyev bu oyunda het-trikə imza atıb.

Birinci divizion, 11-ci tur
8 noyabr

Mingəçevir – Araz Naxçıvan 1:0
Qol
: Roman Hüseynov, 36.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

Qaradağ Lökbatan – Qəbələ-2 2:1
Qol
: Rəvan Abasov, 69. Sabir Allahquliyev, 85-pen – Rauf Məhərrəmov, 58.
Hakimlər: Emin Əliyev, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Lökbatan OİK stadionu, 14:30.

Səbail-2 – Turan Tovuz-2 1:0
Qol
: Vidadi Cəfərov, 18.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
“ASCO Arena”, 14:00.

9 noyabr

Neftçi-2 – Zirə-2 3:0
Qol: 
Elşad Tağıyev, 8. Ramin Nəsirli, 42. Vüsal Əsgərov, 54.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Zaqatala – Sumqayıt-2 3:1
Qol:
 Roini İsmayılov, 16. Cəlal Cəbrayılov, 59. İbrahim Qədirzadə, 83 – Vüsal Alızadə, 43.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə.
Hakim-inspektor: Ömər Paşayev.
Zaqatala OİK stadionu, 14:00.

Qarabağ-2 – Kəpəz-2 1:4
Qol:
 Emil Abbasov, 49 – Rauf Əliyev, 62-pen; 72-pen; 80. Əli Səmədov, 90
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
Binə qəsəbə stadionu, 14:00.

İmişli-2 – Şamaxı-2 1:0
Qol:
 Elnur Səmədov, 38-pen.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Tural İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
Saatlı OİK stadionu, 14:00.

Oxşar xəbərlər

“Araz Naxçıvan” “Mingəçevir”ə məğlub oldu - Birinci divizion
VIII turun təyinatları - Birinci divizion
“Araz Naxçıvan”dan növbəti qələbə - Birinci divizion
“Zirə” və “Kəpəz” qələbə qazandı - Birinci divizion
I Divizionda ilk turun təyinatları məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər