reklam
Kəmaləddin Heydərov taekvondoçularla görüşdü
Sportfm.az xəbər saytı

Kəmaləddin Heydərov taekvondoçularla görüşdü


Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Meksikanın Qvadalaxara şəhərindəki dünya çempionatına yollanacaq milli komandanın üzvləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, görüşdə ATF-nin vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, İdarə Heyətinin üzvləri, yığmaların məşqçilər korpusu və taekvondoçular iştirak ediblər.

Taekvondoçuların hazırkı durumu ilə maraqlanan Heydərov yarışda idmançılardan uğur gözlədiyini bildirib. O, millinin iştirak etdiyi dünya çempionatlarından daim uğurla qayıtdığını xatırladaraq, bu dəfə də onların inamlı çıxışına ümid etdiyini vurğulayıb.

Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandost və qadınlardan ibarət komandaya rəhbərlik edən Səbuhi Zülfüqarov taekvondoçularımızın hazırlığı barədə məlumat veriblər. Onlar komandaların məşqlərinin plana uyğun getdiyini və yarışa tam hazır olduqlarını söyləyiblər. Ən güclü taekvondoçularla Qvadalaxaraya yollanacaqlarını vurğulayan mütəxəssislər Meksikada Azərbaycan himnini səsləndirmək və bayrağını yüksəklərə qaldırmaq üçün çalışacaqlarını deyiblər.

ATF-nin vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev də komandanın hazırkı durumundan razı olduqlarını və taekvondoçuların yenə də xalqa sevinc yaşadacağına inandıqlarını qeyd ediblər. Onlar vurğulayıblar ki, lazımı təlim-məşq toplanışları və yarışlarda iştirak belə deməyə əsas verir.

Sonda yığma üzvləri də dünya çempionatında medal qazanmaq üçün mübarizə aparacaqlarını bildiriblər.

Mundialda ölkəni 8 taekvondoçu təmsil edəcək. Dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaqlar. Qvadalaxaraya noyabrın 9-da yollanacaq komanda Vətənə ayın 24-də qayıdacaq.

Oxşar xəbərlər

Millimizdə yeni baş məşqçi
Yığmamızın heyəti açıqlandı - Dünya çempionatı
Avropa çempionatı üçün heyəti açıqlandı
Taekvondoçularla görüş baş tutdu - FOTO
Boks Federasiyasında dünya çempionatına yollanacaq yığma ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər