Günü medalsız başa vurdular -AÇ
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının fərdi yarışında çıxışlarını başa vurublar.
Sportfm.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulub.
Cüdoçulardan üçü – Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) bürünc medal uğrunda həlledici görüşə qatılsa da, onların hamısı öz rəqiblərinə uduzaraq beşinci yerlə kifayətləniblər.
Azərbaycanın qadın cüdoçuları – Südabə Ağayeva və Nərmin Əmirli isə elə ilk görüşlərindəcə mübarizəni başa vurublar.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanmışdılar.
Sabah AÇ-də komanda yarışı baş tutacaq. Azərbaycan millisi təsnifatda Ukrayna kollektivi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Cüdoçularımızdan ilk gündə 3 medal - Qran Pri turniri
Cüdoçularımızdan ilk gündə 3 medal - Avropa çempionatı
Azərbaycanı təmsil edəcək cüdoçular - Avropa çempionatı
Talıbovdan qızıl medal - Avropa çempionatı
Cüdoçularımız ikinci gündə medalsız qaldı - Açıq Avropa turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası