Azərbaycan Avropada dördüncü oldu
15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində iştirak etmiş yığma komandamız Vətənə dönüb.
Sportfm.az xəbər verir ki, 37 ölkədən 400-dən çox atletin mübarizə apardığı yarışda atletlərimiz 9 medal - 3 qızıl, 4 gümüş və 2 bürünc medal qazanmağı bacarıblar. Bu nəticə ilə Azərbaycan komandası yaşı 20-yə qədər gənclər arasında medal sıralamasında 4-cü yeri tutub və kubokla mükafatlandırılıb.
Dünən axşam Bakıya qayıdan komandamız hava limanında coşquyla qarşılanıb. Onları qarşılamağa gələnlər arasında ağır atletikasevərlər, digər milli komandalarımızın üzvləri, valideynlər, idmançıların yaxınları, mütəxəssislər, federasiya rəsmiləri olub. Avropa birinciliyinin qalib və mükafatçıları, həmçinin məşqçi heyətinə gül dəstələri təqdim olunub.
Oxşar xəbərlər
İdmançımız Avropa çempionatında 3 medal qazandı
Azərbaycanlı idmançı Avropa birinciliyinin ikiqat qalibi oldu
Səbinə Əzimova bürünc medalı boynundan asdı - Buxarestdə
Atletimiz Avropa üçüncüsü oldu
Toplamda 346 kq-ı ram edib bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası