reklam
Zaqrebdə sensasiya oldu, Mahir kənarda qaldı -
Sportfm.az xəbər saytı

Zaqrebdə sensasiya oldu, Mahir kənarda qaldı -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

E qrupunda azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiyada “Çelsi” ilə üz-üzə gəlib. Meydan sahiblərinin 1:0 hesablı qələbə qazandığı oyunda Mahir sonadək ehtiyatda qalıb.

Gecənin maraqla gözlənilən oyunu Fransada PSJ və “Yuventus” arasında keçiriləcək.

İlk turun digər 8 görüşü sentyabrın 7-də oynanılacaq.

Çempionlar Liqası, qrup mərhələsi, 1-ci tur

6 sentyabr

E qrupu
Dinamo (Zaqreb, Xorvatiya) – Çelsi (İngiltərə) 1:0
Qol
: Orşiç, 13.

23:00 Zalsburq (Avstriya) – Milan (İtaliya)

F qrupu
23:00 Leyptsiq (Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna)
23:00 Seltik (Şotlandiya) – Real (İspaniya)

G qrupu

Borussiya (Dortmund, Almaniya) – Kopenhagen (Danimarka) 3:0
Qol
: Roys, 35. Gerreyro, 42. Bellingem, 83.

23:00 Sevilya (İspaniya) – Mançester Siti (İngiltərə)

H qrupu
23:00 PSJ (Fransa) – Yuventus (İtaliya)
23:00 Benfika (Portuqaliya) – Makkabi (Hayfa, İsrail)

Oxşar xəbərlər

PSJ-dən müthiş performans - 7 qol - Çempionlar Liqası
“Yuventus” İsrail klubuna uduzdu - Çempionlar Liqası
“Milan” “Çelsi”yə qarşı - Çempionlar Liqası
"Milan" "Çelsi"yə, "Real" "Şaxtyor"a qarşı - Çempionlar Liqası
Mahir Emrelinin komandası "Çelsi"yə qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər