reklam
Emrelinin komandası
Sportfm.az xəbər saytı

Emrelinin komandası "Milan"la qarşılaşacaq -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

Sportfm.az xəbər verir ki, 4 qrupda keçiriləcək 8 oyundan sonra pley-offun daha 5 iştirakçısı bəlli ola bilər.

E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a qalib gələcəyi halda 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edəcək. Virusa yoluxan 25 yaşlı forvard bu görüşü buraxacaq.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya)

Xal durumu: "Çelsi" - 7, "Zaltsburq" - 6, "Milan" - 4, "Dinamo" - 4

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Leyptsiq" (Almaniya) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 6, "Şaxtyor" - 5, "Seltik" - 1

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka)
23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 2, "Kopenhagen" - 2

H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail)
23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)

Xal durumu: PSJ - 8, "Benfika" - 8, "Yuventus" - 3, "Makkabi" - 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.

Oxşar xəbərlər

London klubu 1/8 finalda - Çempionlar Liqası
“Milan” “Çelsi”yə qarşı - Çempionlar Liqası
"Milan" "Çelsi"yə, "Real" "Şaxtyor"a qarşı - Çempionlar Liqası
"Mançester Siti" "Borussiya"ya ilə qarşı - Çempionlar Liqası
Qrup mərhələsinin təqvimi bilindi - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər