reklam
Daha 5 idmançımız mübarizəyə qoşulur
Sportfm.az xəbər saytı

Daha 5 idmançımız mübarizəyə qoşulur


Azərbaycanın daha 5 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Vüqar Talıbov 1/16 final mərhələsində Maksims Duinovsla (Latviya), eyni çəkidəki İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə üz-üzə gələcək. 

100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda Hubert İllmerlə (Avstriya), 100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda Alin Baqrinlə (Moldova) görüşəcək. 

Qadınların yarışında 78 kq-dakı Nərmin Əmirli 1/8 finalda Yuli Alma Mişinerin (İsrail) müqavimətini qırmağa çalışacaq. 

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb. 

Oxşar xəbərlər

Qadınlar mübarizəyə başlayır - Avropa çempionatı
Böyük Dəbilqədə azərbaycanlı azərbaycanlıya qarşı - Duel
Turan Bayramov bu gün tatamiyə çıxacaq - Avropa çempionatı
6 cüdoçumuz "döyüşə atılır"
6 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər