reklam
5 cüdoçumuz tatamiyə çıxır -
Sportfm.az xəbər saytı

5 cüdoçumuz tatamiyə çıxır -Böyük Dəbilqə


Bu gün  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinə start veriləcək.

Sportfm.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

 

60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Angelo Pantano (İtaliya) ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək.

66 kq-da yarışan Tofiq Məmmədov 1/32 finalda Oskar Pertelsonla (Estoniya) görüşəcək.

Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batista (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuova (Qazaxıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. 

Oxşar xəbərlər

Azərbaycanlı cüdoçular mübarizəyə başlayır - Böyük Dəbilqə
Böyük Dəbilqədə azərbaycanlı azərbaycanlıya qarşı - Duel
Ağayev bürünc medal qazandı - Böyük Dəbilqə
2 cüdoçumuz “bürünc” uğrunda mübarizə aparacaq - Böyük Dəbilqə
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqədə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər