reklam
Qurban Qurbanov millinin üzvləri ilə görüşdü -
Sportfm.az xəbər saytı

Qurban Qurbanov millinin üzvləri ilə görüşdü -FOTOLAR


Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov “Dalğa Arena”nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb. 

Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşçisi Qurban Qurbanov və U-21 yığmasının çalışdırıcısı Rəşad Sadıqov görüşdə iştirak edib. Baş katib çıxış edərək Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib. 

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız 1-ci qrupda mübarizə aparacaq. Futbolçularımız noyabrın 14-də İsrail, 3 gün sonra Gürcüstan, 20 noyabrda isə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Bu qurupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. 

Oxşar xəbərlər

AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
AFFA rəsmiləri yığma üzvləri ilə görüşdü - FOTO
Qurbanov millinin üzvləriylə görüşdü - FOTO
Baş katib yığma komanda ilə görüşdü
Qurban Qurbanov yığma üzvləri ilə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər