"Turan Tovuz"dan "Qarabağ"la bağlı paylaşım -FOTO
“Turan Tovuz” öz sosial şəbəkə hesablarında Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün “Qarabağ”la səfərdə keçirəcəkləri matç ilə bağlı diqqətçəkən paylaşım edib.
Sportfm.az xəbər verir ki, Tovuz təmsilçisi azad Ağdamın təmsilçisi ilə 29 il 161 gün sonra qarşılaşacaqlarını vurğulayaraq rəqibini Azərbaycanın fəxri adlandırıb:
“29 il 161 gün sonra azad Ağdam təmsilçi ilə qarşılaşacağımız üçün qürur duyuruq! Salam, azad Ağdamın, Azərbaycanın fəxri!”
Qeyd edək ki, “Turan Tovuz” azad, hələ işğal olunmamış Ağdamın “Qarabağ” komandası ilə son dəfə 29 il 161 gün öncə (12.05.1993) Ağdamdakı "İmarət" stadionunda üz-üzə gəliblər. Ağdamın işğalından sonra isə komandalar bir neçə dəfə də qarşılaşıblar.
Bugünkü oyun isə "Turan Tovuz"un Ağdamın işğaldan azad olunnmasından sonra "Qarabağ"la ilk matçı olacaq.
Qeyd edək ki, 11-ci turun bu oyunu bu gün “Azərsun Arena”da oynanılacaq və saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər
“Turan Tovuz” “Şamaxı” ilə oyuna itki ilə çıxacaq
"Qarabağ" "Turan Tovuz"a qarşı - Premyer Liqa
"Turan Tovuz" - "Qarabağ" matçının saatı bilindi
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
“Qarabağ” Avropa mətbuatında - “Qafqazın “Barselona”sı”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası