reklam
“Daha çox çalışmalıyıq” -
Sportfm.az xəbər saytı

“Daha çox çalışmalıyıq” -Aqil Nəbiyev


Bu gün Gürcüstanın Rustavi şəhərində keçirilmiş Gürcüstan U-18 - Azərbaycan U-18 oyunundan sonra milli komandamızın baş məşçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Sportfm.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Oyuna daha istəkli başladıq. İlk 45 dəqiqədə 3-4 yüz faizlik qol imkanımız oldu. Hətta penaltidən yararlana bilmədik. Ümumi götürsək, oyuna nəzarət edən, topa daha çox sahib olan komanda biz idik. Səfərdə oynamağımıza baxmayaraq, daha dominant futbol oynadıq.

Bir neçə əsas futbolçumuz yox idi, amma heyətə dəvət etdiyimiz oyunçular onların yoxluğunu hiss etdirmədi. Bu yaş qrupunda olan futbolçularla çox şeyə nail olmaq olar. Təbii ki, daha çox çalışmalıyıq. Əsas çatışmazlıq kimi uşaqların beynəlxalq oyun təcrübələrinin az olmasını qeyd edə bilərəm. Qarşıdakı illərdə daha çox beynəlxalq səviyyədə oyunlar oynayıb, daha çox inkişaf etmək olar”.

Oxşar xəbərlər

"“Huner Group” bizi daha da motivasiya edir - Ayxan Abbasov
”İlk dəfə beynəlxalq səviyyəli oyun keçirdik” - Samir Əliyev
"Sevindirici haldır ki, qalib gəldik" - Rəşad Sadıqov
“Oyundan 50 faiz razı qaldım" - Canni De Byazi
Hagen "Səbail"ə keçidindən danışdı - "Daha çox inkişaf edəcəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər