reklam
”İlk dəfə beynəlxalq səviyyəli oyun keçirdik” -
Sportfm.az xəbər saytı

”İlk dəfə beynəlxalq səviyyəli oyun keçirdik” -Samir Əliyev


Azərbaycanın U-21 milli komandasının baş məşqçisi Samir Əliyev bu gün Bakıda Moldova yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sportfm.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Yeni formalaşan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır. Moldova yığmasına qarşı oyun bizim üçün çox faydalı oldu. Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”.

Oxşar xəbərlər

Necla: "Azərbaycan millisinə qarşı keçirdiyimiz oyunlar bizim üçün müsbət nəticələndi"
"Futbolçular əllərindən gələni etməlidilər" - Canni De Byazi
“İspaniya ilə oyunda az səhvə yol verdik” - Joze Alesio Da Silva
Samir Əliyev: "Kənarda qalıb, lakin nəzərimizdə olan oyunçular da var"
“Rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu” - Vüqar Məmməd

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər