reklam
MMA döyüşçüləri canlı efirdə dalaşdı -
Sportfm.az xəbər saytı

MMA döyüşçüləri canlı efirdə dalaşdı -Olay


Rusiyalı qarışıq döyüş növləri (MMA) ustaları Bibert Tumenov və Andrey Qonçarov “Matç Boyets” telekanalın canlı yayımı zamanı dava ediblər.

 

Sportfm.az xəbər verir ki, əvvəlcə idmançılar arasında söz dueli olub.

Tumenov bəyan edib ki, Qonçarov onun qarşısında titrəyir və elə indi məsələni yoluna qoymağı təklif edir. Bundan sonra döyüşçülər arasında dava düşüb.

Qeyd edək ki, rəqiblər noyabrın 4-də Moskvada keçiriləcək ACA 147 turnirində qarşılaşacaqlar.

Tumenov MMA döyüşlərində keçirdiyi 13 döyüşdə 11 qələbə və iki məğlubiyyət alıb.

Qonçarovun hesabında isə qarışıq döyüş növləri üzrə 17 döyüşdə 14 qələbə və 3 məğlubiyyət var.

Oxşar xəbərlər

Fyodor Yemelyanenko nokautla uduzdu - FOTO
Yemelyanenko nakautla uduzdu - VİDEO
Ermənilər MMA döyüşçüsünə hücum etdi - VİDEO
Makqreqor Həbiblə yenə görüşmək üçün nə istədi?
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər