Camal və Qavi -"Golden Boy"a iki əsas namizəd bilindi
Almaniyanın "Borussiya" (Dortmund) və "Bavariya", eləcə də İspaniya "Barselona" klublarının yarımmüdafiəçiləri Cud Bellingem, Camal Musiala və Qavi "Golden Boy" mükafatına əsas namizədlərdir.
Sportfm.az xəbər verir ki, hər iki futbolçu son 20 iddiaçı siyahısına düşüb. Bellingem, Musiala və Qavi isə səsvermədə liderdirlər.
"Golden Boy" mükafatını hər il "Tuttospor" Avropada ən yaxşı futbolçuya təqdim edir. İştirakçılar siyahısına qitə ölkələrinin çempionatlarında çıxış edən 21 yaşadək futbolçular buraxılırlar. Mükafatın ilk sahibi 2003-cü ildə Rafael van der Vaart ("Ayaks", Niderland) olub. Pedri ("Barselona", İspaniya) isə son qalibdir.
Bundan başqa Erlinq Holan (2020), Kilian Mbappe (2017), Serxio Aqüero (2007) və Lionel Messi (2005) kimi futbolçular da laureatlar sırasında yer alıblar.
Oxşar xəbərlər
Cud Bellinqem ən yaxşı futbolçudur
“Golden boy”un sahibi müəyyənləşdi
"Golden Boy-2022" mükafatına namizədlər
Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI
"Golden Boy" mükafatına namizədlər açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası