reklam
16 yaşlı yeniyetmələr idmançıya 40 bıçaq xəsarəti yetirdi -
Sportfm.az xəbər saytı

16 yaşlı yeniyetmələr idmançıya 40 bıçaq xəsarəti yetirdi -DƏHŞƏTLİ OLAY


Oktyabrın 9-da axşam saatlarında Hövsan qəsəbəsində 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərovun amansızlıqla qətlə yetirilib.

Sportfm.az xəbər verir ki, 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən idarə etdiyi avtomobildə öldürülən Çərkəz idmançı olub. Dostları onun uzun müddət idmanla məşğul olduğunu qeyd ediblər.

İşdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə hadisə baş verən gün 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər. Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu qətlə yetirən şəxslər daha sonra maşınını götürərək qaçıblar. Hadisədən qısa vaxt sonra qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb və yeniyetmələr tutularaq istintaqa cəlb edilib. (Qafqazinfo)

Oxşar xəbərlər

Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu SAXLANILDI
Bakıda idmançını niyə öldürdülər? - Hadisənin şok səbəbi
Cəlilabaddakı futbol matçında mübahisə düşdü, 2 nəfər bıçaqlandı
Futbolçu taksi sürücüsünü qətlə yetirdi
İdmançı ailəsinin gözü önündə öldürüldü - Telefona görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər