reklam
İdmançı ailəsinin gözü önündə öldürüldü -
Sportfm.az xəbər saytı

İdmançı ailəsinin gözü önündə öldürüldü -Telefona görə


MMA döyüş növü üzrə peşəkar idmançı olan 29 yaşlı braziliyalı Adriano Mamute ailəsinin gözü qarşısında qətlə yetirilib.

Sportfm.az xəbər verir ki, sinəsindən bıçaq yarası alan idmançının sifətinə odlu silahla atəş açılıb.

İdmançının ailəsinin gözü qabağında öldürüldüyü bildirilir. Hadisə Mamutenin Ouetirodakı evində axşam saat 23:30 radələrində baş verib. Həyat yoldaşı və 9 yaşlı uşağının gözü qarşısında hücuma məruz qalan döyüşçünün mobil telefonu silahlı şəxslər tərəfindən oğurlanıb. Üzündən silahla yaralanan Mamutenin sağ olduğunu görən silahlı şəxslər geri qayıdıb idmançıya çoxsaylı bıçaq zərbəsi endiriblər.

Aldığı zərbələrdən sonra döyüşçü həyatını itirib.

Oxşar xəbərlər

Futbolçu silahla hədələndi, evi qarət olundu
16 yaşlı yeniyetmələr idmançıya 40 bıçaq xəsarəti yetirdi - DƏHŞƏTLİ OLAY
Klub binasına silahlı basqın edildi - FOTO
Güləş yığmasının üzvü yol vermədiyi üçün güllələndi - FOTO
Olimpiya çempionu Rio-de-Janeyroda silahlı hücuma məruz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər