UEFA ilə Almaniya Belarusa görə üz-üzə gəldi
Almaniyanın daxili işlər naziri Nensi Feser UEFA-ya məktub yazaraq, təkcə təcavüzkar müharibə aparan Rusiyanın deyil, onun əsas müttəfiqi Belarusun da bütün beynəlxalq futbol turnirlərindən kənarlaşdırılmasını tələb edib.
Sportfm.az xəbər verir ki, UEFA-nın prezidenti Aleksandr Çeferin Belarusun 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən kənarlaşdırılması ilə bağlı təklifə reaksiya bildirib.
Qitə futbol qurumunun başçısı Çeferin "Sport Bild"ə verdiyi müsahibədə belə deyib: "Hazırda bunun üçün heç bir səbəb görmürük. Nəsə dəyişərsə, biz mütləq reaksiya verəcəyik. Siyasətçilər bizim qərar qəbuletmə səlahiyyətlərimizə hörmət etməlidirlər".
Qeyd edək ki, bazar günü keçirilən AVRO-2024-ün püşkatma mərasimində Belarus yığması Andorra, İsrail, Kosovo, Rumıniya və İsveçrə ilə birlikdə I qrupunda yer alıb.
Oxşar xəbərlər
Final mərhələsinin püşkünün atılacağı tarix məlumdur - AVRO-2024
Belarus millisi beynəlxalq turnirlərdə iştirak edəcək
Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək - Millətlər Liqası
"Avro-2020" 9 şəhərdə keçiriləcək - AÇIQLAMA
"Xahiş edirəm Avropa Liqasında çıxış etməyin" - UEFA prezidenti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası