reklam
Güləşçimiz gümüş medal qazandı -
Sportfm.az xəbər saytı

Güləşçimiz gümüş medal qazandı -Dünya çempionatı


Azərbaycanın veteran güləşçisi Elgiz Məmmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, yunan-Roma növündə 88 kq çəki dərəcəsində çıxış edən idmançı A kateqoriyasında ikinci yeri tutub.

1/4 finalda türkiyəli Aytac Dəmirə “tuş”la qalib gələn Məmmədov yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) uduzan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.

Mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.

Oxşar xəbərlər

Azərbaycan güləşçiləri medal qazandı - Dünya Seriyası
Güləşçimiz gümüş medal qazandı - Avropa çempionatı
Azərbaycanın daha 2 güləşçisi finalda - Dünya çempionatı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş medal - UĞUR
Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iki medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər