reklam
Daha üç cüdoçumuz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Daha üç cüdoçumuz mübarizəyə başlayır -Dünya çempionatı


Azərbaycanın daha üç cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzenegger (Fransa) / İsmael Alhasseyn (Niger) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosrati (Qaçqın komandası) ilə görüşəcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiaye (İsveçrə) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Oxşar xəbərlər

Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurdu
Cüdoçlarımız mübarizəyə başlayır - Dünya çempionatı
Hidayət Heydərov və Rüstəm Orucov mübarizəyə başlayır - Dünya çempionatı
Cüdoçularımız dünya çempionatını medalsız başa vurdu
İki cüdoçumuz bu gün mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər