Hacı Əliyev uduzdu -Dünya çempionatı
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycanın daha 3 sərbəst güləşçisi bu gün yarışda mübarizəyə başlayıb. 61 kq-dakı İslam Bazarqanovun 1/8 finalda uduzduğu Reza Ahmadali Atreqanarçi (İran) finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak hüququ əldə edib.
3 qat dünya və 3 qat Avropa çempionumuz Hacı Əliyev (65 kq) 1/8 finalda Aqustin Destribatsa (Argentina), 1/4 finalda isə Abbos Rahmonova (Özbəkistan) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda 2020-ci ildəki dünya çempionatının bürünc mükafatçısı Rəhman Amuzadxəliliyə (İran) uduzub - 2:9. O, sabah bürünc medal uğrunda mübarizə aparacaq.
97 kq-dakı Maqomedxan Maqomedov Erik Tilyeni (Almaniya) məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Ancaq o, növbəti mərhələdə Kayl Snayderə (ABŞ) uduzub - 0:10
Həmçinin Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) görüşünün güclüsü ilə döşək üzərinə çıxacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Oxşar xəbərlər
Hacı Əliyev yarımfinala yüksəldi - Dünya çempionatı
Bu gün 3 sərbəst güləşçimiz çıxış edəcək - Dünya çempionatı
2 güləşçimiz dünya çempionatı ilə vidalaşdı
Qadın güləşçimiz finala çıxa bilmədi - Dünya çempionatı
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası