Azarkeş qrupları birləşdi - "Sabah" -"Turan Tovuz" matçını birlikdə izləyəcəklər
Premyer Liqanın 7-ci turunda "Sabah” “Turan Tovuz”u qəbul edəcək.
Sportfm.az xəbər verir ki, hər iki komandanın azarkeşləri oyunu birlikdə izləyəcək.
Belə ki, "Sabah"ın azarkeş qrupu kimi tanınan "soldatıdisabah" sosial şəbəkədə bununla bağlı paylaşım edib:
"Mövzu Vətəndirsə, hamımız bir yumruğuq!
Bu gün baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununu “Soldati di Sabah” “Genç Fenerbahçeliler” və “Tovuz Ultras” azarkeş qrupları bir yerdə, çiyin-çiyinə izləyəcəklər. Oyun ərzində isə Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizlə bağlı şüarlar səsləndiriləcək.
Bu addımın atılmasına səbəb, şəhidlərimizin əziz xatirəsini yad etmək və belə həssas anlarda hər zaman bir olduğumuzu nümayiş etdirməkdir".
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 77 hərbi qulluqçumuz şəhid olub.
"Sabah” – “Turan Tovuz” matçı saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
7 min tamaşaçı - mövsümdə ikinci göstərici
“Turan Tovuz” “Səbail”lə üz-üzə - YENİLƏNİR
"Sabah"dan azarkeş rekordu - Premyer Liqa
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şahdağ Qusar" "Mingəçevir"ə qarşı - I Liqa
-
Babək Quliyev UEFA-nın seminarına dəvət aldı
-
Azərbaycan və Venesuela Federasiyaları arasında memorandum imzalandı
-
Musa Qurbanlı üçün mövsüm bitdi
-
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət - Azərbaycan çempionatları















Misli Premyer Liqası