“Bakı”nın rəqibi bəlli oldu -Avropa kuboku
Kişi həndbolçulardan ibarət komandaların Avropa Həndbol Federasiyası (EHF) tərəfindən təşkil olunmuş Avropa kuboku yarışlarında 2022/23 mövsümünə start verilib.
Sportfm.az xəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycanı təmsil edəcək “Bakı” klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq.
Artıq Azərbaycan çempionunun rəqibi də məlumdur. Bu komandanın adı Bosniya və Herseqovinanın “Qraçanisa” və Kosovonun “Kastrioti” kollektivlərinin oyunlarında müəyyənləşib. İki raundluq mübarizənin hər iki görüşünü 36:22 hesablı qələbə ilə başa vuran Bosniya və Herseqovina təmsilçisi ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Bakı” və Qraçanisa“ komandalarının oyunları oktyabrın sonu və ya noyabrın əvvəlinə planlaşdırılır. Oyunların məkanı iki klub arasındakı razılaşmaya əsasən müəyyənləşəcək.
Oxşar xəbərlər
“Bakı” mübarizəni dayandırdı - EHF kuboku
“Azəryol”un Avropa kubokunda rəqibi müəyyənləşdi
"Qarabağ"ın 13 potensial rəqibi
“Çağırış kuboku”nda keçiriləcək oyunların vaxtı müəyyənləşdi
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Elvin Cəfərquliyev fərdi məşqlərə başladı - FOTO















Misli Premyer Liqası