Güləş millimiz mübarizəyə başlayır -Dünya çempionatı
Aərbaycan güləşçiləri bu gün Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatında mübarizəyə başlayacaqlar.
Sportfm.az xəbər verir ki, yarışda əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi qüvvəsini sınayacaq. Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar.
İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) mübarizə aparacaqlar. Eldəniz 1/8 finalda Covanni Freni (İtaliya) ilə üz-üzə gələcək. Eyni raundda Ülvü Qənizadə Taişi Hori (Yaponiya)/İbrahim Məhəmmədov (Qazaxıstan) cütünün güclüsü ilə güləşəcək. Sənan Süleymanov isə İdris İbayevlə (Almaiya) qarşılaşacaq.
Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), bir gün sonra isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaq.
Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü döşək üzərinə çıxacaq. Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq), sentyabrın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaq.
Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) 12-15 sentyabrda qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
Güləş millilərimizin heyətləri açıqlandı - Dünya çempionatı
Xorvatiyadakı turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri - SİYAHI
Yığmanın heyəti açıqlandı - Dünya çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Azərbaycan güləşçilərinin adları açıqlandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası