reklam
Azərbaycan millisinin üçün heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin üçün heyəti açıqlandı -Avropa çempionatı


Serbiyanın Novi Sad şəhərində keçiriləcək yeniyetmə, gənclər və böyüklər arasında sambo üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi altında 19 idmançı mübarizə aparacaq.

Bunlardan 5-i yeniyetmə, 6-sı gənclər, 6-sı böyüklər və 2-si döyüş sambosu ilə məşğul olanlardır. Komanda 14 sentyabrda yola düşüb, 19 sentyabrda Bakıya dönəcək.

Yeniyetmələr: Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq), Orxan Məcidli (+98 kq);

Gənclər: Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq), Məhəmməd Məmmədzadə (+98 kq);

Böyüklər: Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq) Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq);

Döyüş sambosu: Ramil Vəliyev (79 kq), Nəbi Məmmədov (98 kq).

Sambo üzrə Avropa çempionatı 15 – 18 sentyabrda baş tutacaq.

Oxşar xəbərlər

Ölkəmizi Avropa çempionatlarında 22 idmançı təmsil edəcək - SİYAHI
Azərbaycan Kubokunun başlama vaxtı açıqlandı
Samboçularımız dünya birinciliyində iştirak edəcəklər - SİYAHI
Samboçularımız ölkəmizi Yunanıstanda təmsil edəcəklər
Samboçularımız Serbiyada gücünü göstərməyə çalışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər