reklam
Samboçularımız Serbiyada gücünü göstərməyə çalışacaq
Sportfm.az xəbər saytı

Samboçularımız Serbiyada gücünü göstərməyə çalışacaq


Serbiyanın Novı-Sad şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi başlayıb.

Sportfm.az xəbər verir ki, yeniyetmə oğlanların yarışında ölkəmizi Vahid Şahverdiyev (56 kq), Yaşar Nəcəfov (60 kq), Abdulla Abdullayev (65 kq), Teymur Allahverdiyev (70 kq) və Vüqar Ağcayev (75 kq) təmsil edəcəklər.

Yeniyetmə qızların yarışında isə millimizin üzvü İrena Xubulova (52 kq) birincilik uğrunda mübarizə aparacaq.

Gənclərin mübarizəsində Sabir Ağayev (48 kq) və Fuad Məmmədov (57 kq) dünya çempionu adı uğrunda yarışacaqlar.

Millimiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.

Turnirə oktyabrın 16-da yekun vurulacaq.

Oxşar xəbərlər

AÇ-də bu idmançılar təmsil edəcəklər
Samboçularımız dünya birinciliyində iştirak edəcəklər - SİYAHI
Samboçularımız Avropa birinciliyində üç medal qazandı
Samboçularımız Çexiyada güclərini sınayacaqlar
Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər