reklam
Azərbaycan Kubokunun başlama vaxtı açıqlandı
Sportfm.az xəbər saytı

Azərbaycan Kubokunun başlama vaxtı açıqlandı


6-9 dekabr tarixlərində kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Kuboku yarışı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, yarış üçün qeydiyyat artıq başlayıb. Qeydiyyat prosesi 4 dekabr 23:59-dək davam edəcək.

5 dekabrda yeniyetmə və gənclərin, 7 dekabrda isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək. Yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.

Bakı İdman Sarayında keçiriləcək yarış növbəti il üçün yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət millinin heyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Gələn il uşaq, yeniyetmə və gənclərin Avropa çempionatı Türkiyənin İstanbul şəhərində (25 avqust – 3 sentyabr) və böyüklərin dünya çempionatı Portuqaliyanın paytaxtı Lissabonda (noyabr) keçiriləcək.

Oxşar xəbərlər

Respublika kubokuna start verildi - Kikboksinq üzrə
Azərbaycan kikboksçuları 20 medal qazandı - Dünya çempionatı
Dünya çempionatlarının keçiriləcəkləri şəhərlər - SİYAHI
Karate üzrə çempionat keçiriləcək
Karate üzrə Azərbaycan çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər