III Avropa Oyunlarına 23 idman növü daxil edildi -SİYAHI
2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramındakı idman növlərinin ilkin siyahısı açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Polşa nümayəndə heyəti arasında İtaliyanın paytaxtı Romada keçirilmiş görüşdə razılığa gəlinib.
III Avropa Oyunlarının proqramına salınmış idman növlərinin ilkin siyahısı:
Kamandan oxatma
Sinxron üzgüçülük
Badminton
Basketbol 3x3
Çimərlik həndbolu
Breyk-dans
Kanoe (kayak və kanoe, kanoe slalom)
Velosiped idmanı (BMX, şosse)
Qılıncoynatma
Gimnastika
Cüdo
Karate
Müasir beşnövçülük
Dağ qaçışı
Reqbi7
Atıcılıq
Trampilindən tullanma (yay)
İdman dırmanması
Stolüstü tennis
Triatlon
Voleybol (çimərlik voleybolu, voleybol)
Ağırlıqqaldırma
Güləş
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə Belarusun paytaxtı Minskdə keçiriləcək. III Avropa Oyunlarının isə 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.
Oxşar xəbərlər
Nazir gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüfləndi
III Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi
Avropa Oyunlarında daha iki idman növü
Avropa Oyunlarında yeni idman növü - Muay tay
İki idman növü proqrama daxil edildi - III Avropa Oyunları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası