reklam
FİFA TFF-yə silahlı hücumu pilədi
Sportfm.az xəbər saytı

FİFA TFF-yə silahlı hücumu pilədi


Beynəlxalq Futbol Federasiyası FİFA binası silahlı hücuma məruz qalan Türkiyə Futbol Federasiyasına dəstəyini bildirib.

Sportfm.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

“Cümə axşamı Türkiyə Futbol Assosiasiyasının İstanbuldakı qərargahında insanlara və əmlaka qarşı odlu silahlarla dəhşətli zorakılıq aktı baş verib. Bu hərəkətlər nəticəsində heç kimin xəsarət almamasına şadıq, eyni zamanda təəssüf edirik ki, insan həyatına və təhlükəsizliyinə hörmət etmədən bu cür cinayətlərə qadir olanlar hələ də var. FİFA və UEFA birlikdə bu zorakılıq aktını pisləyir və bu çətin zamanda Türkiyə Futbol Federasiyasına və onun heyətinə tam dəstəyini bildirir”, - FİFA-nın bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Türkiyə Futbol Federasiyasının binasına silahlı basqın edilib. Həmin vaxt binada iclas keçirilib.

Oxşar xəbərlər

Futbol Federasiyasına hücum edildi, atəş açıldı - ŞOK
TFF-yə silahlı hücum edildi - Bina atəşə tutuldu
FIFA 211 assosiasiyaya müraciət etdi - Maradona ilə bağlı
AFFA FİFA və UEFA-ya müraciət etdi - Ölən futbolçu ilə bağlı
Klub binasına silahlı basqın edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər