reklam
Kristina Timanovskaya Polşa vətəndaşlığı aldı
Sportfm.az xəbər saytı

Kristina Timanovskaya Polşa vətəndaşlığı aldı


Belarus atleti Kristina Timanovskaya Polşa vətəndaşlığı alıb.

Sportfm.az xəbər verir ki, 26 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında bildirib.

Sprinter "Artıq rəsmi olaraq polyakdır" yazıb.

Qeyd edək ki, Kristina Timanovskaya 2021-ci ilin yayında Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında qalmaqallı olayın iştirakçısı olub. Atlet 100 metr və 200 metr məsafələrdə yarışmalı olsa da, 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil edilib. İdmançı bu məsafədə ixtisaslaşmadığı üçün sosial şəbəkədə qərara etirazını bildirib. Nəticədə onu olimpiadanın iştirak ərizəsindən çıxararaq Belarusa qaytarmağa çalışıblar.

Beynəlxalq Olimpiya Komitəsi vəziyyəti nəzarətə götürüb. Hadisədən sonra Timanovskaya Polşaya humanitar viza alıb.

Oxşar xəbərlər

Belarus atletdən anlamlı addım - Medalını satdı
Yaponiya hökuməti Kristinanı tək qoymadı - Qalmaqal
Tokioda olimpiya rekordu - 100 metr məsafəyə
Atletimiz Yaponiyada bürünc medal qazandı
“Şən delfin” açıq Bakı yaz birinciliyinə yekun vuruldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər