reklam
Belarus atletdən anlamlı addım -
Sportfm.az xəbər saytı

Belarus atletdən anlamlı addım -Medalını satdı


Belarus atleti Kristina Timanovskaya 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarında qazandığı medalı hərraca çıxarıb.

Sportfm.az xəbər verir ki, idmançı 100 metrdə məsafəyə qaçışda əldə etdiyi mükafatı "eBay" satış platformasında satıb.

Mükafatın ilkin dəyəri 5 min ABŞ dolları olsa da, sonda 5,2 min dollara alınıb.

Bütün vəsait Belarus İdman Həmrəyliyi Fonduna köçürüləcək. Sözügedən təşkilat siyasi baxışlarına görə məhkum edilən və ya yarışlardan kənarlaşdırılan idmançıları dəstəkləyir.

Qeyd edək ki, daha əvvəl Timanovskaya məşqçilərin onu öz istəyi olmadan Tokio-2020 Yay Olimpiya Oyunlarında 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil etdiklərini bildirib. İdmançı rəhbərliyin iş üslubunu tənqid etdiyi üçün yerli olimpiya komitəsi həkimlərin rəyinə əsasən, onu psixoloji durumuna görə olimpiadadan uzaqlaşdırılıb.

Komitənin onu Yaponiyadan ölkəsinə deportasiya etmək istədiyini deyən atlet təhlükəsizlik baxımından Belarusa qayıtmaqdan qorxduğunu bildirib və Tokiodakı Haneda hava limanında kömək üçün yerli polislərə müraciət edib. Polşa isə Timanovskayaya ölkəyə daxil olmaq üçün humanitar viza verib. Avqustun 4-də Polşa səfirliyinin əməkdaşları 24 yaşlı idmançını bir neçə xarici jurnalistlə birlikdə Avstriyanın paytaxtı Vyanaya, oradan isə Varşavaya göndərib. İdmançı hazırda Polşa paytaxtındadır. (report)

Oxşar xəbərlər

Polşa Paris olimpiadasını boykot edəcək
Kristina Timanovskaya Polşa vətəndaşlığı aldı
Yaponiya hökuməti Kristinanı tək qoymadı - Qalmaqal
Tokioda olimpiya rekordu - 100 metr məsafəyə
"Belarus yığması Avropa Oyunlarında 43 medal qazanmalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər