Dünya çempionatından 6 milyard gəlir əldə olunacaq
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından əldə ediləcək gəlir bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə DÇ-2022-nin icraçı direktoru Nasser Əl-Xater açıqlamasında bildirib.
Onun sözlərinə görə, FIFA-nın hesablamalarına əsasən, mundialın gəlirləri 6 milyard dollara çata bilər.
Əl-Xater yarışın açılışına üç ay qalmış azarkeşlər üçün xüsusi hayya kartını sınaqdan keçirəcəklərini söyləyib. Bu kart tərəfdarların ölkəyə giriş üçün viza və stadionlara buraxılış rolunu oynayacaq.
Dünya çempionatı üçün sonuncu stadionun açılış mərasimi sentyabrın 9-da Lusail şəhərində gerçəkləşəcək. Burada Misir və Səudiyyə Ərəbistanı çempionları Lusail Superkuboku uğrunda matçda üz-üzə gələcəklər. Hayya kartı ilk olaraq bu qarşılaşmada istifadə olunacaq.
Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək.
Oxşar xəbərlər
Avropa çempionatından 3 milyard qazanacaqlar
300 milyard dollar xərclədilər - Dəhşətli rəqəmlər
Ofsaydla bağlı yeni sistemdən istifadə ediləcək - FIFA DÇ-2022-də
DÇ-2022 üçün daha bir stadionun açılışı oldu - Qətərdə
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası