Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu gün Məmmədyarov Aronyanla görüşəcək -"Grand Chess Tour"
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent Luis şəhərində "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster şəhərin eyniadlı turnirinin birinci turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə, ikinci turda ABŞ-ı təmsil edən Levon Aronyanla, üçüncü turda isə fransalı Maksim Vaşye-Laqravla görüşəcək.
10 oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.
Qeyd edək ki, 175 000 ABŞ dolları mükafat fonduna malik "Grand Chess Tour"un 4-cü mərhələsi avqustun 30-da başa çatacaq.
Oxşar xəbərlər
Məmmədyarov Aronyanla heç-heçə etdi - Superbet Chess Classic
Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov məğlubiyyətlə başladı - Grand Chess Tour
Teymur Rəcəbov Aronyanla bərabərə qaldı - Grand Chess Tour
Məmmədyarov “Grand Chess Tour”da çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası