reklam
Məhkum edilmiş tanınmış futbolçu Ərəbistanında oynayacaq
Sportfm.az xəbər saytı

Məhkum edilmiş tanınmış futbolçu Ərəbistanında oynayacaq


"Selta"nın forvardı Santi Mina Səudiyyə Ərəbistanında oynayacaq.
Sportfm.az xəbər verir ki, 26 yaşlı hücumçu 2023-cü ilin yayına qədər "Əl-Şabab"da icarə əsasında çıxış edəcək.

Futbolçunun Səudiyyə Ərəbistanına yollanması heç də bu ölkədə oynamaq istəyi ilə bağlı deyil.

Məsələ burasındadır ki, mayda Almeriya məhkəməsi Santi Minanın zorlama ittihamı ilə 4 il həbs cəzasına məhkum etmişdi. Mina apellyasiya şikayəti verib, bu şikayət yuxarı instansiya məhkəməsi tərəfindən təmin edilməzsə, hökm qüvvəyə minəcək.

İspaniya ilə Səudiyyə Ərəbistanı arasında ekstradisiya müqaviləsi olmadığına və futbolçu da həbs olunmamaq üçün bu ölkəyə yollanıb.

O, bundan əvvəl Yunanıstan çempionatında oynamaqdan imtina etmişdi.

Oxşar xəbərlər

Alveş azadlığa buraxıldı - 1 milyon avro girov müqabilində
Rakitiç Səudiyyə Ərəbistan klubunda - RƏSMİ
Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi edəcək
Tanınmış hücumçu azadlıqdan məhrum edildi - 4 il müddətinə
Səudiyyə Ərəbistanında bir ilk - Qadın futbol liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər