Ukrayna prezidenti Şevçenkonu mükafatlandırdı -FOTO
Məşhur ukraynalı keçmiş hücumçu, 2004-cü ildə "Qızıl top"un qalibi olan Andrey Şevçenko "Ukraynanın Milli Əfsanəsi" mükafatına layiq görülüb.
Sportfm.az xəbər verir ki, mükafat 45 yaşlı mütəxəssisə ölkə başçısı Volodimir Zelenski tərəfindən təntənəli şəkildə təqdim olunub. Bu barədə Ukrayna prezidenti öz Tvitter hesabında məlumat yayıb. O, həmin təqdimetmə mərasimindən foto paylaşıb və yazıb:
"Kiyev "Dinamo"sunun və Ukrayna millisinin əfsanəsi, Çempionlar Liqasının qalibi, "Qızıl top"un sahibi... Bir çox başqa titullar onu dünyada məşhurlaşdırıb".
Qeyd edək ki, Şevçenko karyerası ərzində "Milan", "Çelsi" kimi komandalarda da oynayıb. O, futbolçu karyerasını bitirdikdən sonra Ukrayna millisində 2016-cı ildə məşqçi, 2016-2021-ci illərdə isə baş məşqçi kimi çalışıb. Mütəxəssisin son iş yeri İtaliya "Cenoa"sı olub.
Oxşar xəbərlər
"Ukraynanın yanında olmaqdan qürur duyuram" - Andrey Şevçenko
Şevçenko italiyalı azarkeşlərə müraciət etdi - Çağırış
Prezident Şevçenkonu mükafatlandırdı - UĞUR
Andrey Şevçenko Ukrayna millisindən getdi - Müqavilə bitdi
“Qızıl top”un qalibinə federasiyada vəzifə verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası