Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray" azərbaycanlı futbolçu üçün danışıqlara başladı
Türkiyə nəhəngi "Qalatasaray" Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovu transfer etmək istəyir.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi üçün İstanbul klubu futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Həmçinin, Türkiyə Super Liqasından "Kayserispor" və I diviziondan "Eyüpspor"un da bu futbolçu ilə maraqlandığı bildirilir. Xəbərdə Azərbaycan millisinin və "Qarabağ"ın digər futbolçusu Qara Qarayevin də Bayramovla birgə türk klublarının radarında olduğu vurğulanıb.
Qeyd edək ki, Toral Bayramov ötən mövsüm 36 matçda "Qarabağ"ın formasını geyinib. O, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Oxşar xəbərlər
Toral Bayramov "Qalatasaray"a keçir? - Açıqlama
"Qalatasaray"da rumın futbolçu - Transfer
"Qarabağ" millimizin oyunçusu ilə müqavilə imzaladı - 3 illik
Çin klubu Arda ilə danışıqlara başladı
Türk klubu tarixinin ən bahalı futbolçusunu alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası