“Qarabağ” yeni mövsümə başlayır -Ölkə çempionatı
Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürüb.
Sportfm.az xəbər verir ki, turun ilk oyununda Gəncə təmsilçisi “Kəpəz” “Zirə” ilə qarşılaşıb. “Kəpəz”in Gəncədə ev oyunlarını keçirdiyi stadion qəzalı durumda olduğundan, komanda Premyer Liqada ev oyunlarını Bakıda keçirməli olub. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasilə ərəfəsində “Kəpəz” hesaba tarazlıq gətirə bilib. Matça əlavə olunmuş dəqiqələrdə daha bir qol vurmağa nail olan “Zirə”, mövsümün ilk matçından qalib ayrılmağı bacarıb.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün ilk tur çərçivəsində “Səbail”lə qarşılaşacaq.
UEFA Konfrans Liqasında mübarizə aparan “Neftçi” isə Premyer Liqanın yeni mövsümünün ilk turunda Şamaxıya səfər edərək, eyniadlı komanda ilə üz-üzə gələcək.
“Kəpəz” kimi Premyer Liqanın “yeni sakin”i olan “Turan Tovuz” bu turda doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası, 1-ci tur
5 avqust
Kəpəz – Zirə 1:2
Qol: M.Erqemlidze, 45+1 – M.Hamdaui, 32. S.Taşkın, 90+4.
Qırmızı vərəqə: D.Çantakias, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
Bakı. “Dalğa Arena”.
Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.
Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.
6 avqust
20:00. Qarabağ – Səbail
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
Bakı. “Azersun Arena”.
7 avqust
17:00. Şamaxı – Neftçi
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu.
19:15. Sabah – Sumqayıt
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.
8 avqust
17:00. Turan Tovuz – Qəbələ
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
Tovuz şəhər stadionu.
Oxşar xəbərlər
"Zirə" - "Kəpəz" - Start heyətlər
“Kəpəz” “Şamaxı”ya qalib gələ biləcəkmi?: heyətlər
10-cu turun hakim təyinatları - Misli Premyer Liqası
"Kəpəz" məğlubiyyətlə başladı - Premyer Liqa
Mövsümün ilk hakim təyinatları - Azərbaycan Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası