reklam
İngiltərədən böyük uğur -
Sportfm.az xəbər saytı

İngiltərədən böyük uğur -Avropa Çempionu oldular


Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb. 

Londondakı "Uembli" stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib - 2:1. Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb. 

111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə topunun müəllifi olub. Kelli qol sevincini futbolkasını əynindən çıxararaq qeyd etdiyi üçün ukraynalı referi Katerina Monzuldan sarı vərəqə alıb. 

Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.  

Oxşar xəbərlər

İngilislər bu şansı əldən vermədi
Finala çıxanlar məlumdur
Avropa çempionatında yarımfinalçılar məlum oldu
İlkayın qolu bərabərlik üçün yetmədi - "Siti" evdə məğlub oldu
İspaniya İsveçrə səddini keçdi, İtaliya Belçikaya qarşı - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər