reklam
İngilislər bu şansı əldən vermədi
Sportfm.az xəbər saytı

İngilislər bu şansı əldən vermədi


Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Sportfm.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park”da İngiltərə millisi qələbə qazanıb – 2:1.

Matçda 7-ci dəqiqədə Xavi Simons “narıncılar”ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.

Finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

AÇ-2024
Yarımfinal
10 iyul

Niderland – İngiltərə 1:2
Qollar: Xavi Simons, 7 – Harri Keyn, 18. Olli Uotkins, 90+1.
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.

Oxşar xəbərlər

Qələbə qolunu vurdu, ən yaxşı oldu
İkinci finalçı hansı komanda olacaq?
Bu gün ikinci finalçı məlum olacaq - AVRO-2024
Almanlar adını 1/8 finala yazdırdı - AVRO-2024
İngilislər Almaniyada sevindi - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər