reklam
Rusiyalı ukraynalıya qadağa qoydu
Sportfm.az xəbər saytı

Rusiyalı ukraynalıya qadağa qoydu


Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkovu Çempionlar Liqasının III təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib. 

Sportfm.az xəbər verir ki, "Qarabağ"a qarşı oyunlarda çıxış edə biləcək oyunçuların adlarını UEFA-nın rəsmi saytında dərc olunub. Zubkov ardıcıl üçüncü dəfə siyahıya düşməyib. O, ilk iki təsnifat mərhələsində Qazaxıstan "Tobol"u və Slovakiya "Slovan"ı ilə qarşılaşmaları da buraxıb. 

Sonuncu dəfə Zubkov iyunun 11-də Ukrayna yığmasının Ermənistana qarşı UEFA Millətlər Liqası matçında meydana çıxıb. Bundan sonra 25 yaşlı yarımmüdafiəçi nə yoldaşlıq görüşlərində, nə də rəsmi oyunlarda forma geyinib. "Transfermarkt" portalının 1,8 milyon avro qiymət qoyduğu ukraynalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayınadəkdir. 

Zubkov Budapeşt komandasına 2019-cu ildə Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan keçib. Həmin vaxt paytaxt təmsilçisinin baş məşqçisi onun həmyerlisi Sergey Rebrov idi.

Çerçesovun bu addıma qarşılıq olaraq, azarkeşlər futbolçunu komandanı tərk etməyə çağırıblar. Oyunçunun özü isə instaqramda "Bunu tezliklə edəcəyimə ümidvaram" yazıb. Lakin o, sonradan həmin şərhi silib.

Qeyd edək ki, "Ferentsvaroş" "Qarabağ"la ilk oyununu avqustun 3-də Bakıda, cavab qarşılaşmasını avqustun 9-da Budapeştdə keçirəcək. 

 

Oxşar xəbərlər

"Ferentsvaroş" qələbə qazanıb gəlir
"Qarabağ"ın matçında VAR olacaq
Avrokubok iştirakçısı cəzalandırıldı - Qərar
Çerçesov "Qarabağ"dan danışdı
UEFA "Qarabağ"a qarşı intizam işi açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər