reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın matçında VAR olacaq


"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq. 

Sportfm.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq. 

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Oxşar xəbərlər

“Qarabağ”ın “Gent”lə oyununda VAR-dan istifadə olunacaq - Konfrans Liqası
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi bilindi
“Bu, olduqca vacib qarşılaşmadır” - Frank Boli
“Qarabağ” azarkeşlərinə müraciət etdi
UEFA "Qarabağ"a qarşı intizam işi açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər