Ayaz Quliyev:"Ortada heçnə yoxdur"
"Daim AFFA ilə əlaqədəyəm. Ancaq onlardan mənə yekun təklif bir dəfə də olsun, gəlməyib".
Sportfm.az xəbər verir ki, bunu Rusiyanın "Ximki" klubunun Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev sport24.ru-ya müsahibəsində deyib.
Moskva “Spartak”ının yetirməsi AFFA ilə onun milliyə cəlib olunması yönündə danışıqlarda konkretliyin olmamasından narazılıq edib: "Hər şey səthi, konkret danışıqlar olmadan baş tutub. Fikrimcə, bir yerdə oturub danışmaq, bir-birimizə qulaq asmaq və ortaq nəticəyə gəlmək lazımdır. İndi isə belə çıxır ki, məni sadəcə istəyirlər, ancaq heç nə ortada yoxdur".
26 yaşlı yarımmüdafiəçi hələ də Azərbaycan millisində çıxış etməyə hazır olub-olmadığını bilmədiyini qeyd edib: "Mən ancaq konkret danışıqlardan sonra özümün buna hazır olub-olmadığını biləcəyəm. İndi deyə bilmərəm ki, hazıram, ya yox. Tələsik qərarlar vermək istəmirəm".
Oxşar xəbərlər
“Ximki”nin hələ də qarşıda rəqibləri ilə matçları var" - Ayaz Quliyev
Ayaz Quliyev Azərbaycan millisində
Ayaz Quliyev münasibət bildirdi - "Konkretlik olanda bu haqda düşünəcəyəm"
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
AFFA Ayaz Quliyevə təklif göndərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PFL hakim təyinatlarını açıqladı - İkinci Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycanda bu idman növü məhv olmaq üzrədir - BÖYÜK PROBLEM
-
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa
-
Rövşən Nəcəf federasiya prezidentləri ilə görüşdü
-
Modriç bir il daha "Milan"da qalacaq















Misli Premyer Liqası