Ayaz Quliyev münasibət bildirdi -"Konkretlik olanda bu haqda düşünəcəyəm"
"Öz milliyyətimdən imtina etmirəm, amma indi "Razıyam, gedirəm" deyə bilmirəm. Hər şeyi müzakirə etmək lazımdır. Mən böyümüşəm və bütün həyatımı Rusiyada keçirmişəm. Burada çoxlu dostum var. Oraya gəldikdə, bu, milli mənsubiyyətlə bağlı məsələdir".
Sportfm.az "Matç TV"yə istinadən xəbər verir ki, bunu Rusiya "Arsenal"ının (Tula) futbolçusu Ayaz Quliyev Azərbaycan millisində oynayacağına dair iddialara münasibət bildirərkən deyib.
Əslən azərbaycanlı 25 yaşlı yarımmüdafiəçi hələlik bu məsələdə konkretliyin olmadığını söyləyib: "Belə deyək, əlaqə saxladılar, sonra dayandılar. Ardından yenidən əlaqə saxladılar. Amma konkretlik yox idi. Konkretlik olanda bu haqda düşünəcəyəm".
Qeyd edək ki, AFFA-nın A.Quliyevi yığmanın növbəti matçlarına qədər milliləşdirmək istədiyi barədə xəbərlər yayılıb.
Oxşar xəbərlər
"İnsan əsəbləşib alovlanırsa, dayanmaq lazımdır" - Ayaz Quliyev
Ayaz Quliyev Azərbaycan millisində
Ayaz Quliyev: "Ortada heçnə yoxdur"
Ayaz Quliyev “Ximki” ilə anlaşdı - TRANSFER
Quliyev Rusiya yığmasına çağırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası